Əlaqə Arxiv
news Image
2013.04.25
14:13
| A A A
Baba yeni doğulan nəvəsini oğurlayıb sosial şəbəkədə satdı
Hindistan polisi yeni doğulan nəvəsini satan 47 yaşlı kişini həbs edib. Həmin şəxs körpəni Facebook-da danışdığı bir biznesmenə satıb.

Pəncab ştatının Ludxiyan şəhərinin 47 yaşlı sakini Feyruz Xanın günahı təsdiqlənərsə, o, yeddi il müddətinə azadlıqdan məhrum edilə bilər.

Polis uşağı satmaqda Feyruz Xana kömək edən daha iki nəfəri həbs edib. Onları da həbsxana həyatı gözləyir.

Araşdırma zamanı məlum olub ki, Feyruz Xanın qızı Nuri Xan doğum evində olarkən atası həkim və tibb bacısı ilə danışaraq onlara uşağı oğurlamağı tapşırıb. Öz nəvəsini oğurlamağa görə, Feyruz Xan onlara 45 min rupi (830 dollar) verib.

Hazırda Feyruz Xan və onun köməkçilərinin digər cinayətlərdə iştirak edib-etmədikləri araşdırılır.

2011-ci ilin məlumatına görə, Hindistanda uşaq oğurluğu ilə məşğul olan 800-dən artıq quldur dəstəsi fəaliyyət göstərib.
Sizin Reklam Yeriniz