Əlaqə Arxiv
news Image
2018.12.13
10:35
| A A A
Bakıda internatda yaşayan daha bir yeniyetmə yoxa çıxdı

Bakıda internat məktəbində yaşayan daha bir yeniyetmə itkin düşüb.

Movqe.az xəbər verir ki, Nizami rayonu Şərifli küçəsi 3 ünvanında yerləşən Sağlamlıq İmkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbində yaşayan 2003-cü il təvəllüdlü Abdullayev Orxan Vüsal oğlunun itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub.

15 yaşlı Orxanın anası Gülbəniz Abbasova oğlunun axşam saatlarında internatı tərk etdiyini və bir daha geri qayıtmadığını bildirib.

Müraciətlə bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, bir neçə gün əvvəl Ağsu rayonunun sakini olan qadın SOS Uşaq kəndləri internatında yaşayan 14 yaşlı oğlunun itkin düşməsi ilə bağlı polisə müraciət etmişdi.

Sizin Reklam Yeriniz