Əlaqə Arxiv
news Image
2018.12.16
09:32
| A A A
Salyanda yol qəzası nəticəsində 1 nəfər ölüb

Salyan rayonunda 1 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Movqe.az Report-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun rayonun Xıdırlı kəndiərazisindən keçən hissəsində qeydə alınıb.

“Hundai” markalı avtomobil qarşıda gedən “Opel” markalı maşına arxadan çırpılıb. Nəticədə “Hundai”nin Masallı rayonundan olan 1979-cu il təvəllüdlü sürücüsü Yalçın Rəhimov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl İmişlidə yol qəzası zamanı sürücü xəsarət alıb.

Sizin Reklam Yeriniz