news Image
2019.01.08
11:39
| A A A
Axtarışda olan oğurluğa görə tutuldu

Paytaxtın Nərimanov və Nəsimi rayonları ərazilərində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.
​DİN Mətbuat Xidmətindən Movqe.az -a verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 4 avtomobildən pul və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. 

Araşdırmalarla onun Astara rayon sakini İbrahim Əlizadə olması, həmçinin Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olduğu da müəyyən edilib. 

Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Bakı şəhər sakini A.Qazıyevanın “Opel” markalı avtomobilindən içərisində 100 manat pul, sənəd, geyim əşyaları və açar olan çantanı oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Mustafa Sarıyev saxlanılıb. Hər iki faktla bağlı araşdırma aparılır.