Əlaqə Arxiv
news Image
2019.01.13
11:36
| A A A
Bakıda oteldə yanğın olub, insanlar təxliyə edilib

Bakıda yanğın qeydə alınıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, şəhərin Nərimanov rayonunda "Golden Shine" otelinin yerləşdiyi beşmərtəbəli binanın zirzəmisində qazanxananın ətrafında 5 p.m elektrik kabeli yanıb.

Qatı tüstü olduğundan oteldə olan vətəndaşlar yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. İlkin məlumata görə, yanğın zamanı xəsarət alan olmayıb. Yanğın saat 22:36-da yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sizin Reklam Yeriniz