news Image
2019.01.13
15:00
| A A A
Lənkəranda təkəri partlayan maşın qəza törədib, iki nəfər ağır yaralanıb

Ələt-Astara magistralının Lənkəran rayonu ərazisindən keçən hissəsindəiki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Cənub bürosunun məlumatına görə, 1992-ci il təvəllüdlü Liman şəhər sakini Dadaşov Fuad Tahir oğlunun idarə etdiyi "Daewoo"markalı avtomobil idarəetməni itirərək sürücünün 1991-ci il təvəllüdlü həmyerlisi Qasımov Elməddin Natiq oğlunun sükanı arxasında olduğu "Prado"ya çırpılıb.

Boladi çayı üzərində baş verən qəza nəticəsində "Daewoo"nun sürücüsü F.Dadaşov və 1996-cı il təvəllüdlü sərnişini Rauf Hüseynov ağır bədən xəsarətləri alıb.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralılara kəllə-beyin travması və hər iki ayağın sınığı diaqnozu qoyularaq müvafiq tibbi yardımlar göstərilib. "Prado"nun sürücüsünə isə ambulator yardım göstərilib.

Hadisənin baş verməsinə səbəb kimi avtomobilin təkərin deşilməsi nəticəsində idarəetmədən çıxması göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Sabirabadda yol qəzasında 1 nəfər xəsarət alıb.