Əlaqə Arxiv
news Image
2019.01.13
21:45
| A A A
Tovuzda 15 yaşlı piyadanı maşın vurub

Tovuz rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Düzqırıqlı kəndi ərazisində yolu keçmək istəyən 15 yaşlı Asim Bədəlovu avtomobil vurub.

Müxtəlif bədən xəsarətləri alan piyada xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bir gün əvvəl İmişlidə yolu keçən qadını avtomobil vurub.

Sizin Reklam Yeriniz