Əlaqə Arxiv
news Image
2019.01.14
16:34
| A A A
Kürdəxanıda piyadanı avtomobillə vurub qaçan sürücü saxlanılıb

Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Movqe.az-a verilən məlumata görə, yanvarın 12-də saat 21 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə Sabunçu qəsəbə sakini İntiqam Məmmədov vurulub. Nəticədə piyada xəstəxanaya yerləşdirilib.

 Sabunçu RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Sabunçu qəsəbə sakini Eldar Əliyev saxlanılıb.

Sizin Reklam Yeriniz