Əlaqə Arxiv
news Image
2019.01.21
15:26
| A A A
İmişlidə iki avtomobil toqquşdu - Ölən və xəsarət alanlar var

İmişli rayonunun Yalavac kəndi ərazisində yoil-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Movqe.az-a verilən məlumata görə, yanvarın 20-də saat 11 radələrində İmişli rayonunun Yalavac kəndi ərazisində Sarıxanlı kənd sakini Hidayət Allahverdiyevin idarə etdiyi “VAZ-21074” və Rəsullu kənd sakini Amil Abdullayevin idarə etdiyi “Ford” markalı avtomobillər toqquşub.

Nəticədə H.Allahverdiyev hadisə yerində ölüb, 3 sərnişini xəstaxanaya yerləşdirilib.

İmişli RPŞ tərəfindən araşdırma aparılır.

Sizin Reklam Yeriniz