Əlaqə Arxiv
news Image
2013.04.30
11:36
| A A A
İrandan gələn Azərbaycan vətəndaşından tiryək aşkar edilib

Mövqe.az-ın məlumatına görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Şaiq Məmmədovun üzərində yoxlama aparılıb. Bu zaman  ondan sintetik narkotik vasitə sayılan 4 ədəd metadon adlı həb, eləcə də 1 ədəd bükümdə xalis çəkisi 2,013 qram olan tiryək aşkar edilərək götürülüb.


Qeyd edək ki, metadon adlı həb "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin" II Siyahısına daxildir və 4 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram təşkil edir.


Sizin Reklam Yeriniz