news Image
2019.02.07
09:57
| A A A
Bakıda intihara cəhdin qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda bir nəfər doqquz mərtəbəli binanın 8-ci mərtəbəsinin eyvanına çıxaraq intihar etmək niyyətini nümayiş etdirib.

Movqe.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, bu barədə məlumat nazirliyə daxil olandan sonra Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

 

Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

money.az currency