Əlaqə Arxiv
news Image
2019.02.07
10:26
| A A A
Bakıda iki avtomobil toqquşdu

Ötən gecə paytaxtın Suraxanı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Movqe.az-ın məlumatına görə, “Mersedes” markalı, 99 LJ 625 dövlət nömrə nişanlı avtomobillə “VAZ-2107” markalı, 99 NJ 207 dövlət nömrə nişanlı avtomobil toqquşub. 

Sürücülərdən biri - 1995-ci il təvəllüdlü Səmədzadə Abbas İlham oğlu ağır yaralanıb.

 

Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılan yaralıya sol diz qapağının qapalı, qəlpəli sınığı diaqnozu qoyulub.

Yaralının vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Qəzanın hansı səbəbdən baş verməsi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz