news Image
2019.02.07
20:46
| A A A
Gəncədə piyadanı vurub məsuliyyətdən yayınan sürücü saxlanılıb
 

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Movqe.az-a verilən məlumata görə, fevralın 6-da Gəncə şəhər sakini S.Atakişiyevanın xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinə məlumat daxil olub.

Məlumat ilə əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Araşdırmalarla onun şəhər ərazisində yolu keçərkən avtomobillə vurulması müəyyən edilib.

 

Gəncə şəhər BPİ-nin “Təhlükəsiz şəhər” xidmətinin və Nizami RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “VAZ-2107” markalı avtomobillə törədilməsi müəyyən edilib. Qəzanı törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin nəqliyyat vasitəsini idarə edən Gəncə şəhər sakini Elmir Verdiyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.