news Image
2019.02.11
14:03
| A A A
Sabunçuda 15 və 37 yaşlı iki nəfər özünü asıb

Bakı şəhəri, Sabunçu rayonunda iki nəfər özünü öldürüb.

“Report”un xəbərinə görə, rayonun Kürdəxanı qəsəbəsində 15 yaşlı Ə.Quluzadə özünü yaşadığı evdə asaraq intihar edib.

Sabunçu rayonunun Ləhic bağlarında 37 yaşlı H.Mustafayev də yaşadığı evdə özünü asaraq intihar edib.

Hər iki faktla bağlı araşdırmalar aparılır.