Əlaqə Arxiv
news Image
2019.02.17
12:45
| A A A
Mingəçevirdə yol qəzasında iki nəfər xəsarət alıb

Mingəçevir şəhərində yol qəzası baş verib.

“Report”un Şirvan bürosunun məlumatına görə, Aydın Məmmədov küçəsində “Mercedes” və “Opel”markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində iki nəfər - 1975-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Əliyev Mustafa Sabir oğlu və onun 19 yaşlı qohumu olan şəhər sakini Sənan Hacıyev xəsrət alıb. Avtomobillərə ciddi ziyan dəysə də, sürücü və sərnişinlər yüngül xəsarət alıb. Xəstəxanada hər iki yaralıya ilkin tibbi yardım göstərilib. Onların vəziyyəti normaldır.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Göygöldə iki minik maşını toqquşub.

Sizin Reklam Yeriniz