Əlaqə Arxiv
news Image
2019.02.19
18:03
| A A A
Axtarışda olan Salyan rayon sakini saxlanılıb

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci (Dələduzluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə axtarışda olan Salyan rayonunun Yolüstü kənd sakini Türkel Ağarzalı saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, həmin şəxs İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz