Əlaqə Arxiv
news Image
2019.02.22
08:27
| A A A
Zaqatalada faciəvi hadisə -ÖLƏN VƏ YARALANAN VAR

Dünən axşam  saatlarında Zaqatala rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Göyəm kəndi ərazisində "VAZ" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində rayonun 1990-cı il təvəllüdlü Bəhmətli kənd sakini Qədimov Elgün Nazim oğlu və 1986-cı il təvəllüdlü Zaqatala şəhər sakini Dadaşov Bəxşiş Bayram oğlu aldıqları müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Xəstəxanadan verilən məlumata görə, yaralılardan E.Qədimov həkimlərin səylərinə baxmayaraq, gecə saatlarında xəstəxanada keçinib. B.Dadaşovun isə vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.(Report)

Sizin Reklam Yeriniz