Əlaqə Arxiv
news Image
2019.02.22
15:30
| A A A
"1 manatlıq" taksi nişan sevincini yasa çevirdi
"1 manatlıq" taksi gənc oğlanın nişan sevinci yaşayan ailəsini yasa qərq etməklə yanaşı, gənc bir qızın arzularını da məhv etdi.

Bakıda bir gün əvvəl nişanlanan gənc qəzada vəfat edib. Movqe.az-ın verdiyi xəbərə görə, hadisə dünən gecə saatlarında şəhər şossesindən Maştağaya gedən yolda baş verib.

Belə ki, Əli Novruzov “Koroğlu” metrosundan “1 manatlıq” taksiylə Maştağa qəsəbəsinə gedirmiş. Taksi sürücüsü qəza törədib və sərnişini Əli Novruzov vəfat edib.

Ə. Novruzovun fevralın 20-də nişanı olub. O, iş yoldaşı Aytən adlı qızla nişanlanıb. Onların hər ikisi “Koroğlu” metrostansiyasının yaxınlığında yerləşən “Bravo” marketdə işləyirmiş.

 

Sizin Reklam Yeriniz