Əlaqə Arxiv
news Image
2019.02.22
17:40
| A A A
“Mətanət A” prezidentinin evindən oğurluq edənə 6 il həbs

Bakı Ağır Cinayətlər Məhkəməsində şirkət rəhbərinin evindən oğurluq etməkdə təqsirləndirilən Gülər Piriyevaya hökm oxunub. 

Movqe.az-ın verdiyi xəbərə görə, hakim Rasim Sadıxovun icraatında olan prosesdə G.Piriyeva son söz deyib.

O bildirib ki, V.Bəşirovanın evindən qızıl üzük və 1000 dollar pul götürüb: “Həmin pulu və üzüyü götürməyimə səbəb maaşımı ala bilməməyim olub. Çünki Vüsalə Bəşirova üç ay idi ki, maaşımı vermirdi. Pulu və üzüyü evə apardım ki, maaşımı ala bilim. İttihamla razı deyiləm”.

Məhkəmə kollegiyasının hökmü ilə G.Piriyeva 6 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham görə, G.Piriyeva “Mətanət A” şirkətinin prezidenti Elxan Bəşirovun arvadı Vüsalə Bəşirovanın evində xadimə kimi çalışıb. O, işlədiyi dövrdə ev sahibinin mənzilindən 56 min manatlıq oğurluq etməkdə təqsirləndirilir.

Sizin Reklam Yeriniz