Əlaqə Arxiv
news Image
2019.03.12
13:27
| A A A
Polis Nardaranda əməliyyat keçirdi- Qəsəbə sakini saxlanıldı

Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.İmanov saxlanılıb.

DİN Mətbuat Xidmətindən Movqe.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 4 qrama yaxın tiryək aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri onun evindən əlavə olaraq 1,7 kiloqramdan artıq heroin, habelə 6 ədəd xəncər və kustar üsulla hazırlanmış balta aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Sizin Reklam Yeriniz