Əlaqə Arxiv
news Image
2019.03.12
19:17
| A A A
Arvadını baltalayan şəxsin məhkəməsi başlayıb

Gəncə Ağır Cinayətlər Məhkəməsində adamöldürməyə cəhd etməkdə təqsirləndirilən Əlviz Əsgərovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.  Hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası martın 18-nə təyin edilib.

Qeyd edək ki, cinayət hadisəsi ötən ilin oktyabr ayında Gədəbəy rayonunda baş verib. 1976-cı il təvəllüdlü Qozqaralı kənd sakini Ə.Əsgərov həyat yoldaşı, 1977-ci il təvəllüdlüKönül Allahverdiyevanı baltalayıb.

Yaralı əvvəlcə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ə.Əsgərov saxlanılıb, barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adamöldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Məlumata görə, Ə.Əsgərov həyat yoldaşını qısqanclıq zəminində balta ilə vurub.

Sizin Reklam Yeriniz