news Image
2019.03.16
21:40
| A A A
Bayıl sakinindən silah-sursat götürülüb

Bayıl sakinindən silah-sursat götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Movqe.az-a verilən məlumata görə, polis əməkdaşlarının apardıqları əməliyyat və profilaktik tədbirlər nəticəsində paytaxtın Bayıl qəsəbə sakini S.Fərəcullayev qəsəbə ərazisindən tapdığı nömrəsi silinmiş “Makarov” markalı tapançanı, 1 ədəd patron darağını və 7 ədəd patronu Səbail RPİ-nin 8-ci Polis Bölməsinə təhvil verib.