Əlaqə Arxiv
news Image
2019.03.17
14:52
| A A A
Yevlaxda iki avtomobil toqquşub

Yevlax rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Movqe.az-ın "Report"-a istinadən məlumatına görə, rayonun Aran qəsəbəsində körpü üzərindən keçən iki avtomobilin toqquşması nəticəsində, maşınlardan birinin sürücüsü, 1959-cu il təvəllüdlü Bərdə şəhər sakini Şıxəli Rzayev müxtəlif bədən xəsarətləri alıb.

O, xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz