Əlaqə Arxiv
news Image
2019.03.19
13:07
| A A A
Ucarda bədbəxt hadisə- Dəmir parçası qadının kürəyindən girərək qarnından çıxıb

Ucar rayonunda damdan yıxılan qadının kürəyinə armatur girərək qarın nahiyəsindən çıxıb

"Report"un xəbərinə görə, hadisə rayonun Alpoud kəndində baş verib. 

Belə ki, kənd sakini, 1980 ci il təvəllüdlü Qızqayıt Şəmsəddin qızı Abbasova yaşadığı evin damında təmizlik işləri apararkən müvazinətini itirərək yerə düşüb. 

Hadisə zamanı qadın yerdə torpağa basdırılmış dəmir armaturun üstünə düşüb. Dəmir armatur Q.Abbasovanın kürək nahiyəsinə bataraq qarın nahiyəsindən çıxıb. 

Ağır bədən xəsarəti alan qadın yaxınları tərəfindən Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Yaralı qadının üzərində cərahiyyə əməliyyatı aparılaraq armatur qadının bədənindən çıxarırlıb.  

Xəstəxanadan velilən məlumata görə, Q.Abbasova Reanimasiya şöbəsinə yerləşdilib, vəziyyəti orta ağırdır.

Sizin Reklam Yeriniz