Əlaqə Arxiv
news Image
2019.03.26
14:47
| A A A
15 yaşlı yeniyetməni maşın vuraraq öldürüb

Ağdam rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, hadisə rayonun Əfətli kəndi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ-21099" markalı 02-BS-884 dövlət nömrə nişanlı avtomobil yolu keçmək istəyən 15 yaşlı yeniyetməni vurub. Yaralı xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz