Əlaqə Arxiv
news Image
2019.04.09
13:46
| A A A
Elinanın intiharı ilə əlaqədar bu iki şəxs prokurorluğa çağırıldı-Eksklüziv

Paytaxtın 162 nömrəli məktəbində 8 sinif şagirdi Elina Hacıyevanın intihar faktı üzrə istintaq hərəkətləri davam etdirilir. Movqe.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, bu gün Elina Hacıyevanın ölümü ilə əlaqədar Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə başlamış cinayət işi üzrə şahidlərin və digər zəruri şəxslərin dindirilməsi məqsədilə istintaq hərəkətləri aparılıb. Bakı Şəhər Prokurorluğunda Elinanın rəfiqəsi Z.Ş (adı şərtidir) və anası  Leyla Şirinova ifadə veriblər. Movqe.az  istintaq davam etdiyi üçün Elinanın rəfiqəsinin və anası Leyla Şirinovanın ifadəsini açıqlamır. Amma qızının rəfiqəsinin ölümündən hədsiz hiddətlənən ana AVAAZ.ORG saytı vasitəsilə başladılan petisiyada məktəbin direktoru Sevinc Abbasovanın və Elinanı zəhərləyən müəllimlərin cəzalandırılmasını xahiş edib. Movqe.az saytı mövzunu davam etdirəcək.   

Zülfiyyə QULUYEVA 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sizin Reklam Yeriniz