Əlaqə Arxiv
news Image
2019.04.14
11:05
| A A A
Azərbaycanda dəhşətli hadisədə 3 nəfər öldü – ADLAR/SİYAHI
Ötən gecə İsmayıllıda baş vermiş dəhşətli yol qəzasında ölənlərin sayı 3-ə çatıb. Movqe.az xəbər verir ki, İsmayıllı rayonunun Lahıc qəsəbəsində "BMW" markalı, 90 HK 850 dövlət qeydiyyat nişanlı minik avtomobili yol kənarına aşması nəticəsində sürücü, 1983-cü il təvəllüdlü Allahverdiyev Ramin Yaqub oğlu ilə yanaşı, daha iki sərnişini ölüb. Belə ki, sərnişinlər – 1986-cı il təvəllüdlü Əliyev İsa Rövşən oğlu və 1979-cu il təvəllüdlü Kərimov Kənan Səyyah oğlu hadisə yerində vəfat edib. Daha bir sərnişin – 1972-ci il təvəllüdlü Seyifov Təyyar Cilovxan oğlu isə xəstəxanaya yerləşdirilib. Bildirilir ki, avtomobil avtomobildə sərnişin kimi əyləşən Kənan Kərimova məxsus olsa da, dostu Ramin Allahverdiyev idarə edirmiş. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Sizin Reklam Yeriniz