news Image
2019.04.16
14:30
| A A A
Bakıda bacılarına xəsarət yetirərək birini qətlə yetirən şəxs tutulub

Bakıda bacılarına xəsarət yetirərək birini qətlə yetirən şəxs tutulub.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, aprelin 16-da saat 1 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi Albalılıq yaşayış sahəsində yaşayan Səadət Əlimanovanın evinə gəlmiş qardaşı, əvvəllər məhkum olunmuş Muxtar Əlimanov ailə-məişət münaqişəsi zəminində ona və orada yaşayan digər bacısı Məlahətə bıçaqla xəsarət yetirib.

Səadət hadisə yerində ölüb, Məlahət isə xəstəxanaya yerləşdirilib.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən M.Əlimanov tutulub.

Araşdırma aparılır.