Əlaqə Arxiv
news Image
2019.04.19
18:20
| A A A
Türkiyədə iki casus saxlanıldı - Biri Qaşıqçının qətlində şübhəli bilinir

Türkiyədə Birləşmiş Ərəb Əmirliklərinin Kəşfiyyat Xidmətində fəaliyyət göstərən iki casus saxlanılıb.

Movqe.az  “The Daily Sabah” nəşrinə istinadən verdiyi xəbərə görə, şübhəli şəxslər aprelin 15-də saxlanılsalar da, bu barədə informasiya bu gün KİV-ə məlum olub. 

Qəzetə danışan mənbə bildirib ki, hazırda rəsmi Ankara həbs olunanlardan birinin səudiyyəli jurnalist Camal Qaşıqçının qətli ilə əlaqəsinin olub-olmadığını araşdırır.

Xatırladaq ki, Amerikanın “The Washington Post” qəzetində işləyən Camal Qaşıqçı 2 oktyabr 2018-ci ildə Səudiyyə Ərəbistanının konsulluğunda öldürülüb. Jurnalistin cəsədi bugünə qədər tapılmayıb.

Sizin Reklam Yeriniz