Əlaqə Arxiv
news Image
2019.04.21
16:24
| A A A
Tovuzda 70 yaşlı kişi bıçaqlanıb

Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, 1949-cu il təvəllüdlü Yanıqlı kənd sakini Tağıyev Cəlal Səməd oğlu qarın nahiyəsindən bıçaq xəsarəti alıb.

Yaralı xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisənin hansı şəraitdə baş verdiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz