Əlaqə Arxiv
news Image
2019.04.25
14:16
| A A A
Bakıda evin girişində qadını soyan şəxs tutulub

Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini R.Seyidova soyğunçuluğa məruz qaldığını bildirib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, müraciətlə əlaqədar aparılan araşdırmalarla naməlum şəxsin aprelin 23-də saat 19 radələrində Ə.Ələkbərov küçəsində yaşadığı evin girişində həmin qadının içərisində bankomat kartları və sənədləri olan pulqabısını alıb apardığı məlum olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Səxavət Rəhimov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Sizin Reklam Yeriniz