Əlaqə Arxiv
news Image
2019.05.03
08:25
| A A A
10 yaşlı qıza təcavüz edənə bəraət qərarı verildi: Ana fəryad qopardı - FOTO
Antalyada 10 yaşlı qız uşağına təcavüz iddiasıyla mühakimə olunan bina görəvlisi haqqında bəraət qərarı verilib. Qərara reaksiya verən zərər çəkmişin anası çılğına dönüb və sinir böhranı keçirib. Movqe.az Sherg.az-a istinadən xəbər verir ki, 5-ci Kriminal Məhkəməsində baxılan prossesə həbssiz şübhəli A. Ö, uşağın anası F. Y, cinsi istismarla mübarizə dərnəklərinin üzvləri və tərəf vəkilləri qatılıb. Şübhəli vəkilin zərər çəkmiş uşağın psixi sağlamlığının yerində olub, olmadığının təsbiti üçün hesabat alınması tələbi məhkəmə heyətin tərəfindən rədd edilib. Prokuror şübhəlinin "uşağa cinsi istismar" cinayətindən 18 ildən az olmayaraq həbslə cəzalandırılmasını istəyib. Zərər çəkmişin anası F. Y, qızının psixoloji müalicə aldığını ifadə edərək, "Bədənimizdə açılan yara keçdi, amma ruhumuzdakı yara keçməyəcək. Şübhəlinin ən ağır şəkildə cəzalandırılaraq həbs olunmasını istəyirəm" deyib.
Sizin Reklam Yeriniz