Əlaqə Arxiv
news Image
2019.05.13
13:43
| A A A
30 yaşlı kişi məktəbli qızı oğurlayıb, təcavüz etdi - Bakıda iyrənc hadisə
30 yaşlı kişi məktəbli qızı oğurlayıb, təcavüz etdi - Bakıda iyrənc hadisə Bir neçə gün əvvəl Bakıda oğurlanmış 14 yaşlı məktəbli qız tapılıb. Movqe.az Oxu.Az-a istinadən xəbər verir ki, Sabunçu rayon 12 saylı polis bölməsinin əməkdaşları mayın 9-da Ramanadan qaçırılmış qızın yerini aşkarlayıb. İnformasiyaya görə, qaçıran şəxs qızı Suraxanı rayonu ərazisində saxlayıb. Həmin şəxsin qızı zorladığı bildirilir. Hüquq-mühafizə orqanı əməkdaşları qızı evinə qaytarıb. Faktla bağlı 30 yaşlı Astara rayon sakini Dadaşov Ramil İsrafil oğlu saxlanılıb. Onun barəsində CM-nin 144 (adam oğruluğu) və 152-ci (16 yaşına çatmamış şəxslə cinsi əlaqə) maddələri üzrə cinayət işi açılıb. Məlum olub ki, Dadaşovun bundan əvvəl də azyaşlının zorlanması, xuliqanlıqla bağlı məhkumluğu olub. Qeyd edək ki, 2004-cü il təvəllüdlü T.M. mayın 9-da 13.00 radələrində qaçırılmışdı. Qızın 41 yaşlı atası ərizə ilə polisə müraciət etmişdi.
Sizin Reklam Yeriniz