news Image
2019.05.14
11:10
| A A A
Bakı-Şamaxı yolunda qəza: betondaşıyan maşın "VAZ"la toqquşdu

Ötən gecə Bakı-Şamaxı yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Trendin məlumatına görə, 10-JZ-247 dövlət nömrəli "Ford" markalı betondaşıyan maşın, 19-BJ-083 dövlət nömrəli "VAZ-2106" markalı avtomobili ilə toqquşub. Qəzada xəsarət alan olmasa da, "VAZ"a ciddi ziyan dəyib.

Hadisə şahidlərinin bildirdiyinə görə, "VAZ" nasaz olduğundan, sahibi onu yolun şəhər istiqamətində saxlayaraq tərk edib. Betondaşıyan yük maşınının sürücüsü həmin yol ilə hərəkət edərkən "VAZ"ı görməyib və nəticədə qəza baş verib.