news Image
2019.05.16
12:00
| A A A
Evlərində narkotik becərənlər TUTULDU

Ağdaşda evdə narkotik becərənlər saxlanılıb.
 
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Movqe.az-a verilən məlumata görə, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçiriblər.Belə ki, əldə edilmiş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Dəhnəxəlil kənd sakini 26 yaşlı Manaf Həbişov saxlanılıb. Onun kənddə yaşadığı evə baxış keçirilən zaman xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 9 ədəd çətənə bitkisi aşkar olunaraq götürülüb. 
 
Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə rayonun Hənifə kənd sakini, əvvəllər məhkum olunmuş 47 yaşlı Rövşən Bahalov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsindən 7 ədəd kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək maddi sübut kimi götürülüb.
 
Faktlarla bağlı araşdırma aparılır.