Əlaqə Arxiv
news Image
2019.05.16
13:29
| A A A
“Emin 444”ün qətlini sifariş edən şəxs dövlət qurumunda işləyib - AÇIQLAMA

Bakıda kriminal dairələrdə “Emin 444” və “Emin Massalinksi” ləqəbləri ilə tanınan kriminal avtoritet Emin Səfərovun qətlini sifariş verən Zaur Yusifovun dövlət qurumlarından birində yüksək vəzifə tutduğu iddia olunur.

Saytlarda yazılan məlumata görə, o, Dövlət Miqrasiya Xidmətinin əməkdaşıdır.

Oxu.Az-ın əməkdaşı məsələ ilə bağlı Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elnur Kələntərli ilə əlaqə saxlayıb.

 

O, saytımıza açıqlamasında bildirib ki, adıçəkilən şəxs artıq qurumda çalışmır:

“Zaur Yusifov 2013-2017-ci ildə Miqrasiya Xidmətinin Bakı Regional İdarəsində inspektor vəzifəsində işləyib. 2017-ci ildə Dövlət Miqrasiya Xidmətindəki işinə xitam verilib”. 

Qeyd edək ki, Zaur Yusifov Kikboksinq üzrə bir sıra beynəlxalq yarışların qalibidir. Gənclər və İdman Nazirliyi tərəfindən “Əməkdar İdman Ustası” adına layiq görülüb. 

Xatırladaq ki, mayın 10-na keçən gecə Binəqədi rayonunda, 6-cı mikrorayonun İsrafil Həşimov küçəsində əvvəllər məhkumluğu olan Səfərov Emin Ehtiram oğlu qətlə yetirilib.

Bakıda kriminal dairələrdə “Emin 444” və “Emin Massalinksi” ləqəbləri ilə tanınan kriminal avtoritet Emin Səfərovun qətlində altı nəfər iştirak edib. 

Sizin Reklam Yeriniz