news Image
2019.05.16
18:11
| A A A
Bakı sakini naməlum şəxslərin hücumuna məruz qaldı

Ötən gün paytaxt sakini 3-4 nəfərin hücumuna məruz qalıb.

Oxu.Az-ın məlumatına görə, hadisə gecə saatlarında paytaxtın Xətai rayonu, Sarayeva küçəsi 13 ünvanında baş verib.

Belə ki, 2002-ci il təvəllüdlü Cavad Mamed oğlu Hüseynov 3-4 nəfər naməlum şəxsin hücumuna məruz qalıb. Naməlum şəxslər onun qarşısını kəsərək arxa cibində olan “Xiaomi” markalı mobil telefonu götürərək qaçıblar.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edilib.

Faktla bağlı araşdırma aparılır.