news Image
2019.05.17
19:05
| A A A
Ana-bala hamilə qadını boğub, bətnindəki körpəni oğurladılar

Hamilə qadını öldürən ana-bala saxlanılıb.

Movqe.az Milli.Az-a istinadla xəbər verir ki, hamilə qadını öldürüb, bətnini yararaq körpəni çıxardan orta yaşlı qadınla qızı həbs olunub.

ABŞ-ın Çikaqo ştatından olan 19 yaşlı Marlen Ochoa-Lopez rəfiqəsi və onun anası tərəfindən vəhşicəsinə qətlə yetirilib.

46 yaşlı Clarisa Figueroa 24 yaşlı qızı Desiree ilə birləşərək 19 yaşlı qızı boğaraq öldürüb, sonra da bətnini yararaq körpəni oğurlayıblar.

Ochoa-Lopezin cəsədi şəhərətrafındakı zibillikdə tapılıb. Onun boğularaq öldürüldüyü təsdiqlənib.

Desiree uşağı oğurladıqdan sonra 911 xidmətinə zəng edərək erkən doğum etdiyini söyləyib, kömək istəyib.

Vəziyyətdən şübhələnən həkimlər məsələ ilə bağlı polisə xəbər veriblər.

Araşdırmalardan sonra uşağın DNT-sinin Ochoa-Lopezə aid olduğu dəqiqləşib.