news Image
2019.05.18
17:35
| A A A
Nəsimi rayonunda oğurluq etmiş yeniyetmə yaxalanıb

Bakı şəhər sakini A.Rüstəmova məxsus “Mercedes” markalı avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini olan yeniyetmə Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a bildiriblər ki, aparılmış əməliyyat tədbirləri ilə onun aprelin 23-də rayon ərazisindəki dərzixanaların birindən 80 manat pul və şəxsiyyət vəsiqəsi oğurladığı da müəyyən edilib.

Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsinin əməkdaşları isə Bakı şəhər sakini K.Məmmədovaya məxsus “Hyundai” markalı avtomobildən 90 manat və 50 avro oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş M.Bağırovu saxlayıblar.

Faktlarla bağlı araşdırma aparılır.