Əlaqə Arxiv
news Image
2019.05.18
21:28
| A A A
Tovuzda avtomobil azyaşlını vuraraq öldürüb

Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Ağdam kəndində qeydə alınıb.

Ağdam rayon sakini, 1987-ci il təvəllüdlü Elman Azad oğlu Abdullayev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu keçmək istəyən piyada, Ağdam rayon sakini, 2013-cü ildə təvəllüdlü Avaz Vəkil oğlu Məmmədovu vurub. Nəticədə piyada ağır xəsarətlər alıb. O, xəstəxanaya aparılıb. Lakin yaralının artıq öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz