Əlaqə Arxiv
news Image
2019.05.20
10:26
| A A A
Hacıqabulda yük avtomobili piyadanı vurub

Hacıqabulda yük avtomobili piyadanı vurması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“KamAz” markalı yük avtomobili yolu keçən Navahi kənd sakini Vüsal Baxşıyevi vurub. Ağır xəsarət alan piyada kəllə-beyin travması ilə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz