Əlaqə Arxiv
news Image
2019.05.21
15:03
| A A A
Bakıda 21 yaşlı oğlan 10-cu mərtəbədən yıxılıb ÖLDÜ

Bakıda 21 yaşlı oğlan 10-cu mərtəbədən yıxılaraq ölüb.

Movqe.az Metbuat.az-a istinadən xəbər verir ki,  hadisə dünən saat 15:00 radələrində baş verib. 21 yaşlı Ağstafa rayon sakini Yusifov Yusif Aydın oğlu Nərimanov rayonu, Əliəşrəf Əlizadə 45 ünvanında yerləşən tikilməkdə olan çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsindən yıxılaraq ölüb.
Məlumat əsasında məhkəmə-tibbi və məhkəmə-texniki ekspertlərinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, meyitin daxili müayinə edilməsi təmin edilib.

Fakt üzrə cinayət işi başlanılaraq ibtidai istintaqın aparılması rayon prokurorluğuna həvalə edilib.

Sizin Reklam Yeriniz