Əlaqə Arxiv
news Image
2019.05.23
14:49
| A A A
2018-ci ildə Azərbaycanda məişət zorakılığı ilə əlaqədar 19 icra sənədi olub

Məişət zorakılığı halları ailə üzvləri tərəfindən törədildiyi üçün bir qayda olaraq təkrarlanır.

Movqe.az-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin Təşkilat-Nəzarət Baş İdarəsinin rəis müavini Sübhi Kazımov "Azərbaycanda qadına qarşı zorakılığın iqtisadi nəticələri" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, 2017-ci ildə dünyada məişət zorakılığı zəminində 87 min qadın qətlə yetirilib.

Rəis müavini bildirib ki, 2018-ci ildə Azərbaycanda məişət zorakılığı ilə əlaqədar 19 icra sənədi olub: "Onlardan 15-nin icrası təmin edilib. İcra sənədlərinin 7-si məhkəmələr tərəfindən verilən uzunmüddətli, 12-i isə yerli icra orqanları tərəfindən verilmiş qısamüddətli orderlərdir".

S.Kazımov hesab edir ki, məişət zorakılığının qarşısının alınması yollarından biri də konfliktin barışıq yolu ilə aradan qaldırılması və ailənin qorunması metodudur: "Fikrimcə, məişət zorakılığı qurbanlarının iqtisadi zərərlərinin hesablanması metodologiyasına mənəvi zərərin əmsal kimi əlavə edilməsi məqsədəuyğunluğunun öyrənilməsi də vacibdir".

Sizin Reklam Yeriniz