Əlaqə Arxiv
news Image
2019.05.23
19:15
| A A A
Tərtər rayonunda mərmi tapıldı

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən  Tərtər rayonu, Əskipara kəndi ərazisində mərminin tapılması barədə  daxil olan məlumat nəticəsində araşdırma aparıb.

ANAMA-dan Movqe.az-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Tərtər rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri və Tərtər rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilib.

Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd PQ-7 raketinin mühərrik hissəsi aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Sizin Reklam Yeriniz