news Image
2019.05.24
11:00
| A A A
Bakıda DƏHŞƏTLİ QƏTL: 59 yaşlı kişinin boğazını evində kəsdilər

Qaradağ rayonunda qətl hadisəsi baş verib.

Movqe.az Olke.az-a istinadən xəbər verir ki, hadisə rayonun Müşfiq qəsəbəsində baş verib. Qəsəbə sakini 59 yaşlı Xələfov Şamil Səristan oğlu öz evində naməlum şəxslər tərəfindən çoxsaylı bıçaq xəsarətləri alıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Xəstəxanada Xələfovun boyun damarlarının kəsilməsi nəticəsində dünyasını dəyişdiyi məlum olub.

Hadisə barədə rayon hüquq mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.