Əlaqə Arxiv
news Image
2019.05.27
12:18
| A A A
Bakıda zəncirvari qəza - 3 avtobus toqquşdu

Bakıda mərkəzində 3 avtobusun iştirakı ilə qəza baş verib.

Trend-in məlumatına görə, hadisə Şeyx Şamil küçəsindən üzü metronun "İçərişəhər" stansiyasına düşən istiqamətdə qeydə alınıb.

Dayanacaqda baş verən qəzada xəsarət alan olmasa da, sərnişin avtobuslarına ziyan dəyib. Belə ki, sərnişin düşürmək üçün dayanacağa yaxınlaşan 205 saylı maşrut ondan qarşıda dayanan 10-TG-019 dövlət qeydiyyatlı 53 nömrəli avtobusa, bu avtobus isə 90-JM-408 nömrəli, 18 saylı marşruta çırpılıb.

Avtobuslarda olan sərnişinlər digər nəqliyyat vasitəsinə minməli olublar.

Sizin Reklam Yeriniz