news Image
2019.06.11
11:30
| A A A
Qəbələdə ağır qəza: Ölən və xəsarət alanlar var

Qəbələ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə ötən gecə Nic qəsəbəsində saat 5 radələrində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində bir nəfər dünyasını dəyişib, üç nəfər isə müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər.

Onlar - Qəbələ rayonu Nic qəsəbə sakini 1973-cü il təvəllüdlü Boyacari Boris Baqroviç onurğanın yumşaq toxumalarının əzilməsi, Uludaş kənd sakini 1961-ci il təvəllüdlü Zeynalov İzafəddin Nəcməddin oğlu sağ said sümüyü və sol qabırğaların sınığı, üçüncü şəxs isə Nic qəsəbə sakini 1999-cu il təvəllüdlü Boyacari Dmitriy Borisoviç birinci boyun fəqərəsinin yarım çıxığı xəsarətləri alıblar.

Qəzada dünyasını dəyişən isə 1997-ci il təvəllüdlü Mirzəbəyli kənd sakini Muradov Şahmurad Qorxmaz oğludur.

İ.Zeynalov və D.Boyacari müalicə üçün Qəbələdən Bakıya müalicəyə gətiriliblər.