news Image
2019.06.11
11:52
| A A A
Sosial şəbəkədə azyaşlı qızları fahişəliyə cəlb edən şəxs hakim qarşısında

Bakıda sosial şəbəkədə azyaşlı qızları fahişəliyə cəlb etməkdə təqsirləndirilən Cəlal Mehdiyevin ibtidai istintaqı yekunlaşıb.

Unikal.org xəbər verir ki, iş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

Cinayət işinin hazırlıq iclası iyulun 24-nə təyin edilib, iş hakim Vüsal Qurbanovun icraatına verilib.

Qeyd edək ki, C.Mehdiyev sosial şəbəkədə azyaşlı qızları aldadaraq, fahişəliyə cəlb etməkdə şübhəli bilinərək İnsan Alverinə qarşı Baş Mübarizə idarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Saxlanılan şəxs barəsində Nərimanov rayon məhkəməsi həbs qətimkan tədbrir seçib.

Onun barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlbetmə) maddəsi ilə ittiham irəli sürülüb.
Cinayət işində 5 zərərçəkmiş qadın var.