Əlaqə Arxiv
news Image
2019.06.12
14:29
| A A A
Binəqədi və Lənkəran rayonlarında evlərdən oğurluq edən şəxslər yaxalanıblar

Bu il aprelin 19-da Binəqədi rayon ərazisində “Priora” markalı avtomobilin dörd təkər üzlüyünü oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Y.İmanov Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a bildiriblər ki, aparılmış tədbirlərlə onun üç evdən məişət əşyaları və inşaat materialları oğurlaması da müəyyən edilib.

Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə rayon ərazisindəki iki həyətyanı sahədən təmir-tikinti alətləri və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Liman şəhər sakinləri R.Muradlı və N.Alışzadə saxlanılıblar.

Ətraflarında aparılmış tədbirlərlə onların cari ilin mart-may ayları ərzində daha iki həyətyanı sahədən məişət əşyaları və avtomobil üçün ehtiyat hissələri oğurlamaları da müəyyən olunub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Sizin Reklam Yeriniz