Əlaqə Arxiv
news Image
2019.06.13
12:08
| A A A
İqbal Ağazadənin qohumunun meyiti tapıldı

Bakıda Ümid Partiyasının sədri və Milli Məclisin sabiq deputatı İqbal Ağazadənin qohumu Loğman Abbasovun meyiti tapılıb. 

Movqe.az xəbər verir ki, bununla bağlı oxu.az-a Xətai rayon hüquq-mühafizə orqanlarından məlumat verilib. 

Məlumdur ki, iyunun 11-i, saat 07:30-da 49 yaşlı Abbasov Loğman Xudam oğlu Məhəmməd Hadi küçəsində yerləşən evdən çıxıb və geri qayıtmayıb. İyunun 12-si, saat 09:30-da üzərində zorakılıq əlamətləri olmayan cəsədi Sadıqcan küçəsi 52 saylı binanın qarşısında tapılıb. 

İlkin ehtimallara görə, ölümə beyinə qan sızması səbəb olub. Qeyd edək ki, o, İqbal Ağazadənin əmisi oğludur.

Sizin Reklam Yeriniz